İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “2050-ci illərə baxış” hesabatında deyilir.

Məlumata əsasən, 2050-ci ildə qlobal təbii qaz hasilatı 2023-cü ilə nisbətən 31 faiz artacaq. Təbii qaz hasilatının 2030-cu ilə qədər illik 1,6 faiz artacağı gözlənilir.

Yaxın Şərq 2023-2050-ci illərdə qaz hasilatının artımında lider olacağı proqnozlaşdırılır.

2023-2050-ci illər üçün regional təbii qaz hasilatı təxminləri regional resurs bolluğu və bazar dinamikası səbəbindən müxtəlif tendensiyaları göstərir.

Eyni zamanda, Afrikanın qlobal təbii qaz bazarlarında öz rolunu genişləndirəcəyi və ən güclü artım tempini qeyd edəcəyi proqnozlaşdırılır.

 

Gözəl Azadəliyeva