Qlobal neft tələbi artımı gündəlik 2,3 milyon bareldən 1,2 milyon barelə enə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar ayı hesabatında deyilir.

Proqnozun azaldılması, pandemiyadan sonra qlobal iqtisadi canlanmanın başa çatması, ən böyük iqtisadiyyatlarda iqtisadi artımın yavaşlaması və nəqliyyatların elektrikləşdirilməsi fonunda neftdən istifadənin azalması ilə əlaqələndirir.

Agentlik qeyd edib ki, Çində neftə tələb artımı ötən ilin ikinci yarısında gündəlik 300 min barelə qədər azalıb. Bununla belə, Çin neft-kimya sektorunun genişlənməsi səbəbindən tələb artımında lider olaraq qalacaq.

Bundan əlavə, qlobal neft ehtiyatları ötən ilin noyabr ayında 8,4 milyon barel azalaraq 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb.

 

Gözəl Həşimova