Ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı gündəlik 350 min barel azalaraq təxminən 26 milyon 340 min barelə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Hesabat dövründə xam neft hasilatı ən çox Liviya, Küveyt, İraq və Əlcəzairdə azalıb. Birləşmiş Ərəb Əmirlikləri hasilatın artdığı ölkələr sırasında olub. Bu ölkəni qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı izləyib.Gündəlik neft hasilatı Liviyada 162 min barel, Küveytdə 109 min barel, İraqda 98 min barel, Əlcəzairdə 46 min barel azalıb. Eyni dövrdə Birləşmiş Ərəb Əmirliklərinin gündəlik neft hasilatı 31 min barel, Səudiyyə Ərəbistanının hasilatı isə 25 min barel artıb.

OPEC-in neft hasilatının qlobal hasilatdakı payı ötən ay 0,2% azalaraq 25,9%-ə enib.

Eyni zamanda, bu il qlobal neft tələbinin gələn ilə nisbətən 2 milyon 240 min barel artaraq 104 milyon 400 min barelə çatacağı təxmin edilir.

Bundan əlavə, ötən ay dünyada qazma quyularının sayı 63 ədəd artaraq 1864-ə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 12, qeyri-OPEC ölkələrində isə 51 ədəd artıb.

 

Gözəl Həşimova