Ötən ay qlobal neft təklifi gündəlik 1,4 milyon barel azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral hesabatında deyilir.

Məlumata görə, buna səbəb Şimali Amerikada hasilatın azalmasına təsir edən həddindən artıq soyuqlar, həmçinin "OPEC+" ölkələrinin hasilatı azaltması olub.

Qurum bildirib ki, Şimali Amerikada ekstremal iqlim şəraiti neft hasilatının sutkada 900 min barel azalmasına səbəb olub. Bu, "OPEC+" ölkələrinin neft hasilatını gündəlik təxminən 300 min barel azaltması ilə üst-üstə düşüb.

Bununla belə, IEA bu il qlobal neft tədarükünün gündəlik 1,7 milyon barel artaraq rekord həddə - 103,8 milyon barelə çatacağını proqnoz edir.

 

Gözəl Həşimova