Qlobal neft hasilatı fevral ayında gündəlik 340 min barel artaraq təxminən 101 milyon 960 min barelə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) fevral ayı neft bazarı hesabatında deyilir.

Hesabata görə, fevral ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı gündəlik təxminən 140 min barel artaraq 26 milyon 910 min barelə çatıb.

OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 200 min barel artaraq təxminən 69 milyon 590 min barelə yüksəlib. Bu dövrdə ABŞ-nin qlobal neft tədarükü gündəlik təxminən 170 min barel artaraq 19 milyon 650 min barelə çatıb.

Bu il qlobal neft tədarükü ötən illə müqayisədə gündəlik təxminən 800 min barel artaraq təxminən 102 milyon 900 min barelə çatacağı təxmin edilir.

 

Gözəl Həşimova