Ötən il qlobal xam neft hasilatı təxminən 4,5 milyard ton təşkil edib. Bu, indiyə qədər hasil edilmiş ən böyük miqdar hesab olunur.

İqtisadiyyat.az-ın araşdırmasına görə, ötən il dünyada hasil edilən neftin həcmi 1998-ci ildə hasil edilən neftdən təxminən bir milyard ton çoxdur.

Bəs hansı ölkələr daha çox neft çıxarır?

ABŞ dünyanın ən böyük neft hasil edən ölkəsidir. Üfüqi qazma və şist hasilatı sahəsində əldə etdiyi irəliləyişlərdən yararlanan ABŞ Səudiyyə Ərəbistanı kimi OPEC-ə bağlı ölkələri ötərək dünyanın ən böyük xam neft tədarükçüsünə çevrilib.

ABŞ 1850-ci illərdən bəri neft hasil edir. ABŞ-nin neft hasilatı ilkin olaraq 2008-ci ilə qədər azaldı, lakin o vaxtdan bəri durmadan artır.

Ümumillikdə 1998-ci ildən 2023-cü ilə qədər dünya üzrə neft hasilatı belə olub:

İllər

Neft hasilatının həcmi

1998

3,52 milyard ton

1999

3,44 milyard ton

2000

3,59 milyard ton

2001

3,59 milyard ton

2002

3.55 milyard ton

2003

3,71 milyard ton

2004

3,89 milyard ton

2005

3,93 milyard ton

2006

3,96 milyard ton

2007

3,95 milyard ton

2008

4 milyard ton

2009

3,90 milyard ton

2010

3,97 milyard ton

2011

4 milyard ton

2012

4,12 milyard ton

2013

4,12 milyard ton

2014

4,22 milyard ton

2015

4,36 milyard ton

2016

4,38 milyard ton

2017

4,38 milyard ton

2018

4,49 milyard ton

2019

4,48 milyard ton

2020

4,18 milyard ton

2021

4,23 milyard ton

2022

4,42 milyard ton

2023

4,50 milyard ton

 

Qeyd edək ki, Yaxın Şərq 2023-cü ildə gündə təxminən 15,2 milyon barel olmaqla dünyanın ən böyük neft ixracatçısıdır. Asiya-Sakit Okean regionu Yaxın Şərqin təxminən yarısı qədər olsa da, ikinci ən böyük neft ixracatçısı hesab olunur.

Qlobal neft hasilatının təxminən üçdə biri Yaxın Şərqin payına düşür. Bir çox Yaxın Şərq ölkələri neft qiymətlərini vahid olaraq təyin etməklə əhəmiyyətli təsirə malik olan OPEC-ə üzvdür. 1960-cı ildə İraqda qurulan OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) 13 üzv dövləti birləşdirir.

Əlavə edək ki, Azərbaycan bu ilin yanvar-sentyabr ayları əzində 11 milyard dollar dəyərində 17,6 milyon ton neft ixrac edib. Ölkənin neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9,2%, həcm baxımından isə 11,4% azdır. Ümumillikdə bu ilin 9 ayında Azərbaycan 23 ölkəyə 11 milyard dollarlıq neft ixrac edib.

 

Gözəl Həşimova