Yanvar-iyun ayları arasında dünyada imzalanan mayeləşdirilmiş təbii qaz müqavilələrinin həcmi 40 milyon tona yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.

Bu ilin birinci yarısında LNG idxalı 0,08 faiz artaraq təxminən 208 milyon 20 min tona, LNG idxalı isə təxminən 0,3% artaraq 207 milyon 790 min ton təşkil edib. Ton baxımından ən çox LNG alqı-satqısı müqaviləsi bağlayan ölkə Hindistan olub.

Bu çərçivədə, Hindistan 11,45 milyon ton ilə LNG idxalı üçün ən çox müqavilə bağlayan ölkə olub. Hindistanı 2,5 milyon tonla Banqladeş, 2,09 milyon tonla Cənubi Koreya, 2 milyon tonla Almaniya, 1,2 milyon tonla Yaponiya və 1 milyon tonla İngiltərə izləyib.

Qlobal LNG ticarəti çərçivəsində ilin ilk 6 ayında isə 30 müqavilə imzalanıb.

 

Gözəl Həşimova