Qlobal iqtisadi artım tempi 2025-ci ilə qədər bərpa olunmayacaq və qabaqcıl iqtisadiyyatlar ortamüddətli dövrdə tənəzzüllə üzləşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) məlumat yayıb.

Ekspertlərin fikrincə, əksər ölkələrdə böhran yerli mərkəzi bankların monetar siyasətini sərtləşdirməsi və faiz dərəcələrini artırması ilə müşayiət olunacaq.

İƏİT 2025-ci ilə qədər qlobal iqtisadi artım tempinin əhəmiyyətsiz qalacağını gözləyir.

Analitiklər bu il qlobal iqtisadiyyatın 2,9%, gələn il isə 2,7% artacağını proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, qlobal iqtisadiyyat 2025-ci ildə yalnız 3% böyüyə biləcək. Buna əsas səbəb geosiyasi gərginliyin artması və qlobal ticarət üçün qeyri-müəyyən perspektivlər olub.

 

Gözəl Həşimova