Keçən il qlobal enerji sektorundan metan emissiyaların rekord həddə yaxınlaşdığı müəyyən edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Təhlilə görə, qalıq yanacaqların istehsalı və istifadəsi nəticəsində metan emissiyaları keçən il təxminən 120 milyon tona çatıb. Beləliklə, enerji sektorundan metan emissiyaları 2023-cü ildə rekord səviyyəyə yaxınlaşıb.

Ötən il enerji sektorundan 80 milyon ton metan emissiyası 10 ölkənin payına düşüb.

Dünyanın ən böyük neft və qaz istehsalçısı olan ABŞ, neft və qaz əməliyyatları nəticəsində yaranan metan emissiyalarına görə ən çox məsuliyyət daşıyan ölkə olub, ikinci yerdə isə Rusiya gəlir. Digər tərəfdən Çin, kömür sektorunda ən yüksək emissiyalara səbəb olan ölkə olaraq qeyd edilib.

 

Gözəl Həşimova