İqtisadiyyat.az xarici mediaya istinadla xəbər verir ki, komissiyanın açıqlamasına görə, Alchem 2005–2018-ci illər ərzində "Buscopan" adlı preparatın və onun generik versiyalarının istehsalında istifadə olunan mühüm farmasevtik maddə ilə bağlı kartel razılaşmasına daxil olub. Bu dövrdə şirkət digər dərman istehsalçıları ilə birlikdə minimal satış qiymətlərini müəyyən edib, kvotalar ayırıb və kommersiya baxımından həssas məlumatları bir-biri ilə bölüşüb.
Komissiya bildirib ki, bu fəaliyyətlər Avropa İttifaqının rəqabət qaydalarını pozur və bazarda süni qiymət formalaşmasına, həmçinin rəqabətin zəifləməsinə səbəb olur. Maraqlıdır ki, 2023-cü ildə eyni istintaq çərçivəsində cəmi altı şirkət kartelə qatıldıqlarını etiraf etmiş və onlara birlikdə 13,4 milyon avro cərimə tətbiq olunmuşdu. Lakin Alchem bu cərimə ilə razılaşmayaraq uzlaşma yoluna getməyib.
AB Komissiyası vurğulayıb ki, rəqabətə zidd fəaliyyətlərin qarşısını almaq üçün yoxlamaları davam etdirəcək və bu kimi hallarda şirkətlərə sərt maliyyə sanksiyaları tətbiq ediləcək.