Qlobal bərpa olunan enerji potensialının 2030-cu ilə qədər 2,5 dəfə artacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Bərpa olunan 2024-cü il" hesabatında qeyd olunub.

Məlumata görə, COP28-də bərpa olunan enerji potensialının üçqat artırılması öhdəliyini yerinə yetirmək üçün hökumətlər investisiyalarını sürətləndirməlidir.

Bildirilib ki, dünyada bərpa olunan enerji potensialında ən sürətli artım son 30 ildə müşahidə edilir.

Keçən il dünyada 50% çox bərpa olunan enerji tutumu istifadəyə verilib və bu artımın 75%-i günəş enerjisi hesabına təmin edilib.

Çin qlobal bərpa olunan enerji artıma liderlik edərkən, Avropa, ABŞ və Braziliyada bərpa olunan enerji potensialının artması da rekord səviyyəyə çatıb.

 

Gözəl Həşimova