Ötən ay minik avtomobillərin və yüngül ticari avtomobillərin qlobal satışı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 7 milyon 547 min 56 ədədə enib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Avtostat GlobalData” konsaltinq şirkətinin məlumatlarında deyilir.
Çində ən çox avtomobil payızın ilk ayında satılıb. Asiya ölkəsində minik avtomobillərinin və yüngül ticari avtomobillərin ümumi satış həcmi isə 2 287 735 ədəd təşkil edib. İllik ifadədə isə bu rəqəm 5,2 faiz azalıb.
ABŞ-də isə ümumi satış həcmi 12 faiz azalaraq 1 180 352 ədəd olub. Öz növbəsində, Qərbi Avropa ölkələrində payızın ilk ayında satışlar 4,1 faiz azalaraq 1 175 156 ədəd təşkil edib.
Gözəl Həşimova