Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 0,27% artaraq, 1 950,7 ABŞ dollarına bərabər olub.

İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 0,32% artaraq, 23,63 dollar təşkil edib.