Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0.10% azalaraq, 1,988.60 ABŞ dollarına bərabər olub.

İqtisadiyyat.az  birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0.65% azalaraq, 25,12 dollar təşkil edib.