Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 0,21% artaraq, 1 963,6 ABŞ dollarına bərabər olub.

İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 0,02% artaraq, 23,95 dollar təşkil edib.