Qızılın qiyməti bahalaşaraq, təxminən, 1674 ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,36 % və ya 6 ABŞ dolları bahalaşaraq 1674,6 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,1 % artaraq bir unsiya üçün 18,915 ABŞ dolları təşkil edib.

Bu artıma baxmayaraq, qızıl iyulun əvvəlindən bəri 7,5 % ucuzlaşıb. Buna səbəb kimi ABŞ dollarının bahalaşması göstərilir.