2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 209 milyon manatının və yaxud 0,6 %-nin ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.