Dekabr ayından başlayaraq orqanizm daha həssas olur və zəifləyir. Bir-iki dəfə xəstəlik, virus keçirən insanın immuniteti isə daha da yüklənir. Rusiyalı həkim İqor Strokov bununla bağlı immun sistemi güc­ləndirən qidaları açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, ev şəraitində kalsiferol tər­kibli balıq, xüsusən, okean, dəniz məhsul­ları, süd məhsulları, yumurta, bitki yağları qəbul etmək lazımdır. Həkimin fikrincə, ümumiyyətlə, əhali arasında kəskin D vita­mini əskikliyi var. Eləcə də immuniteti güc­ləndirmək üçün vitamin C lazımdır. Gündə­lik rasion canlı mikroorqanizmlərlə zəngin kefir, qatıq, yoqurtla bol olmalıdır.

Həkim, həmçinin bildirib ki, qədim za­manlarda insanlar yorğunluq zamanı immun sistemi gücləndirmək üçün bir sıra qida, giləmeyvə və bitkilərdən istifadə ediblər.

Sünbül, buğda cücərtisi sink, antioksi­dant və B qrup vitaminlə zəngindir.

İspanaq tərkibindəki fol turşusu (vita­min B9) ilə orqanizmdə yeni hüceyrələr ya­ranmasına və DNT-ni bərpa etməyə kömək edir. İspanağı çiy yemək lazımdır.

Brokkoli hüceyrələri, hətta xərçəngdən qoruyur. Qarnir kimi hər gün yemək olar.

Nar orqanizmi və qanı yeniləyir, ən güc­lü meyvədir.

Zəncəfilin özü, çayı antioksidant təsir edir. Eyni zamanda, orqanizmdə qoruyucu funksiya yerinə yetirir.