Qırmızı dənizdən keçən ticarət gəmilərinin sayı ötən ilin dekabr ayından bu yana iki dəfədən çox azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dəniz Hərəkəti Xidməti məlumat yayıb.

ABŞ və Böyük Britaniyanın Yəmənə hücuma başladığı gündən bəri Bab əl-Məndəb boğazından neft tankerləri də daxil olmaqla 114 ticarət gəmisi keçib. 

Xatırladaq ki, yanvarın 12-də səhər saatlarında iri gəmiçilik təşkilatları kommersiya gəmilərinin sahiblərini və operatorları Qırmızı dənizdən keçməmək barədə xəbərdarlıq etdikdən sonra Bab əl-Məndəb boğazı ilə dəniz nəqliyyatı kəskin şəkildə azalıb. 

 

Əli Ağayev