Yəmən husilərinin ticarət gəmilərinə hücumları səbəbindən Qırmızı dənizdəki vəziyyətlə əlaqədar 200 min konteyner Pirey limanına çatmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ERT" agentliyi məlumat yayıb

Məlumata görə, gəmilər Afrika ətrafından üzmək məcburiyyətindədir, bu isə 15-20 gün gecikmə deməkdir.

Bildirilib ki, Süveyş kanalından keçmə riskinin artması səbəbindən nəqliyyat xərclərinin artması bütün dünyada hiss olunmağa başlayıb. Belə ki, hər konteynerin daşınması indi 6000 dollara başa gəlir və sığorta əhəmiyyətli dərəcədə artıb.

 

Gözəl Həşimova