"Taxıl ehtiyatlarının rahat səviyyədə qiymətləndirilməsinə baxmayaraq, onları həmişə ixrac üçün istifadə etmək mümkün deyil".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iqtisadçısı Monika Totova qeyd edib.

Onun sözlərinə görə, daşınma xərclərinin artması səbəbindən idxal daha bahalaşa bilər:

"Panama kanalında, Qırmızı dənizdə və bir çox daxili su yollarında gəmiçilikdə yaranmış fasilələr ticarət yollarını təhdid edə bilər. Bu problemlər təsərrüfat səviyyəsində qiymətlərə təsir göstərir. Nəqliyyat infrastrukturu münaqişə nəticəsində zədələndiyinə görə, daha yüksək logistika xərclərini kompensasiya etmək üçün təsərrüfat məhsulları üçün ödənişlər azaldılıb.

Ukraynadan yeni marşrutlar üzrə ixracın həcmi o qədər də böyük deyil. Nəzərə alsaq ki, ölkədə 2023-cü ilin məhsulu 2022-ci ilin məhsulunu üstələdi, bu, ixrac potensialının tam reallaşmadığını göstərir. Beləliklə, etibarlı və səmərəli nəqliyyat imkanlarının olmaması fermerlərə təsir göstərəcək”.

 

Gözəl Həşimova