Xəbərə əlavə olunub

Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində və Tağaverd kəndində fərdi yaşayış evlərində təmir işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, təmir işlərinin icrası “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC konsorsiumuna həvalə olunub.

Bağlanılmış müqaviləyə əsasən, Qırmızı bazar qəsəbəsində fərdi yaşayış evlərinin təmirinə 7,5 milyon manata yaxın vəsait, Tağaverd kəndində fərdi yaşayış evlərinin təmirinə isə 4,4 miylon manatdan artıq vəsait sərf olunacaq.