Qırğızıstanın cənubunda Cəlal-Abad rayonunda baş verən sel 22 avtomobili aparıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"İlkin məlumata görə, güclü yağış nəticəsində Bazar-Korqon rayonunun Ərstanbap kəndində sel baş verib. Su və palçıq kütləsi 22 avtomobili aparıb, təsərrüfatdaxili yolları su basıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur”, - məlumatda deyilir.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin Cəlal-Abad şəhərinin rayon mərkəzinin şəxsi heyəti, eləcə də nazirliyin Suzak və Bazar-Korqon rayonları üzrə şöbələrinin əməkdaşları xəbərdarlıq edilərək hadisə yerinə göndərilib.
Sadiq Cavadov