Qırğızıstanda yükdaşımaların həcmi 2024-cü ilin əvvəlindən artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli StatistikaKomitəsi məlumat yayıb.
Yanvar-sentyabr aylarında bütün nəqliyyat növləri ilə daşınan yüklərin həcmi 38,124 milyon ton təşkil edib.
- Avtomobil nəqliyyatı ilə 31,489 milyon ton;
- dəmir yolu - 6,344 milyon ton;
- boru kəmərləri - 269,3 min ton;
- hava ilə - 20,9 min ton yük daşınıb.
Milli Statistika Komitəsinin məlumatına görə, Qırğızıstan Respublikasında bütün nəqliyyat növləri ilə yük dövriyyəsinin həcmi 2,174 milyard ton-kilometr təşkil edib.