Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 27 nəfər yoluxub.
Bunu ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 207 nəfərə çatıb.
Ümumilikdə isə ölkədə 910 nəfər koronavirusdan sağalıb.