Qırğızıstan un və taxıl ixracına müvəqqəti qadağa tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı ölkənin Nazirlər Kabineti təsdiqləyib.

Məlumata görə, 6 ay müddətinə ölkədən buğda unu və taxıl ixracı qadağan edilib. Belə bir qərar qida təhlükəsizliyini təmin etmək məqsədilə Qırğızıstan hakimiyyəti tərəfində qəbul edilib.

Hökumətin fərmanı rəsmi dərc edildikdən sonra rəsmən qüvvəyə minəcək.

 

Gözəl Həşimova