Fevralın 20-21-də Qırğızıstan Prezidenti Sadır Japarov Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bişkekdə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev deyib.

Onun sözlərinə görə, Qırğızıstan Prezidenti səfər çərçivəsində Kazanda keçiriləcək “Gələcəyin Oyunları” idman turnirinin açılış mərasimində iştirak edəcək.

 

Gözəl Həşimova