"Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib.

O, dövlətimizin başçısının ölkəmizin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətini xüsusi qeyd edərək bildirib:

“Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir”.