"Qırğızıstan əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və aşağı gəlirli ölkələr siyahısından çıxmağa nail olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən “Fintech və Dayanıqlı İnkişaf: Maliyyənin Gələcəyi” beynəlxalq maliyyə forumunda respublikanın Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov deyib.

Onun sözlərinə görə, bu gün ölkədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 2 min dollardan çoxdur:

“Dünya Bankının məlumatına görə, biz aşağı gəlirli ölkələr kateqoriyasından çıxmışıq ki, bu gün adambaşına düşən ÜDM 2 min dollardan çoxdur. Lakin hökumət bununla kifayətlənmək niyyətində deyil və görüləcək çox iş var. Ölkəmiz həm insan kapitalı, həm də təbii ehtiyatlarla zəngindir”.

 

Gözəl Həşimova