“Xəstələr həkimə müraciət edəndə həkim bütün tövsiyələrini resept şəklində onlara təqdim etmir. Yəni bir çox tövsiyələr olur. Ona görə dərman vasitəsi olmayan preparatların reseptə yazılması qadağandır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, çünki burada süni istifadə etmə halları olurdu: “Həkimlər lazım olmayan aktiv qida əlavələrini də reseptə yazırdılar. Əgər həkim doğrudan da uşağa qida əlavəsinin lazım olduğunu hesab edirsə, onu tövsiyə edəcək və reseptə yaza bilməz. Ona görə onların reseptdə yazılması və göstərilməsi düzgün deyil. Doğru olaraq, “Dərman vasitələri haqqında” qanunda bunu qadağan etmişik”.