Qəzzanın şimalına Belçika, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və ABŞ-dən olan qüvvələr tərəfindən 169 qutu humanitar yardım atılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.

Ölkələrin koalisiyası dünən Qəzza zolağının şimalına humanitar yardım aparıb. Bazar günü isə 225 yük maşını Qəzza bölgəsinə buraxılıb.

 

Gözəl Həşimova