Fələstinin "Cəvval" telekommunikasiya şirkətinin Qəzza şöbəsi şəhərin şimal hissəsindəki bəzi bölgələrdə internetə çıxışın və rabitənin kəsildiyini açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Şeyx Rıdvan bölgəsində əsas generatorun sıradan çıxması nəticəsində internetə çıxışda fasilə yaranıb.

Açıqlamada nasazlığın aradan qaldırılması üçün işlərin fasiləsiz davam etdiyi bildirilib.

 

Gözəl Həşimova