Rusiyalıların və onların qohumlarının təxliyəsi əməliyyatı çərçivəsində Qəzza zolağından 653 nəfər çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 900-ə yaxın insan təxliyə tələbi ilə Rusiya Federasiyası ilə əlaqə saxlayıb. İndiyədək 553 nəfər Rusiyaya çatdırılıb.

Rusiya Xarici İşlər Nazirliyi Misir, İsrail, Fələstin və Qətər hakimiyyətinin köməyini qeyd edib.

 

Gözəl Həşimova