İsrail və HƏMAS qruplaşması arasında Qəzzada davam edən döyüşlərdə ölənlərin sayı 28 576 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgədə 68 291 nəfər isə yaralanıb.

Son 24 saat ərzində Qəzzada 103 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 145 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova