İsrail və HƏMAS qruplaşması arasında Qəzza zolağında davam edən döyüşlər nəticəsində ölənlərin sayı 26 900-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların sayı isə 65 949-a yüksəlib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.