"Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrail ordusunun Fələstinin Qəzza zolağında keçirdiyi əməliyyatların qurbanlarının sayı 29,7 min nəfərə yaxınlaşır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat verib.

"İsrailin Qəzzada təcavüzü qurbanlarının sayı bu gün 29 692 nəfərə çatıb", - Səhiyyə Nazirliyinin rəsmi "Facebook" səhifəsində dərc edilən bəyanatda deyilir. Departamentin məlumatına görə, bu günə kimi 69 879 nəfər xəsarət alıb.

Təkcə son 24 saat ərzində İsrailin Qəzzanı atəşə tutması və bombalaması nəticəsində 86 fələstinli həlak olub, daha 131 nəfər yaralanıb.