İsrail və Fələstin arasında gərginliyin artmasından sonra Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən öldürülən jurnalistlərin sayı artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Media Ofisi məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələrinin Qəzzanı bombalaması və atəşə tutması zamanı həlak olan jurnalistlərin sayı 122-yə çatıb. Son 24 saat ərzində anklavda daha iki jurnalist həlak olub.

 

Əli Ağayev