İsrail və HƏMAS qruplaşması arasında Qəzza bölgəsində davam edən döyüşlərdə ölənlərin sayı 36 224-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında son 24 saatda daha 53 nəfər həyatını itirib, 357 nəfər isə yaralanıb.

Bununla da yaralıların sayının 81 777-yə çatdığı bildirilib.