Qəzza zolağında humanitar yardım aparan maşın karvanı İsrail ordusu tərəfindən atəşə tutulub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və Fələstin Anklavında İşin Təşkili üzrə Yaxın Şərq Agentliyinin direktoru Tomas Uayt bildirib.
O qeyd edib ki, İsrail ordusu Qəzzanın şimalından qayıdan humanitar yardım karvanını atəşə tutub: “Konvoyun rəhbəri və onun ekipajı xəsarət almayıb, lakin bir avtomobilə ziyan dəyib", - deyə Uayt bildirib.
Sadiq Cavadov