İsrailin böyük “humanitar fəlakət” törətdiyi Qəzza zolağında aclıq, susuzluq və dərman çatışmazlığı səbəbindən həyatını itirənlərin sayı 30-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA səhiyyə mənbələrinə əsaslanaraq məlumat yayıb.

"Qəzza zolağının şimalında Beyt Lahiyadakı "Kemal Advan" xəstəxanasında daha bir uşaq aclıq, susuzluq və dərman çatışmazlığı səbəbindən həyatını itirdi", - xəbərdə bildirilib.