"Beynəlxalq ictimaiyyət tərəfindən tədbirlər görülməsə, Qəzza zolağında vəziyyət fəlakətli ola bilər. Belə ki, bölgədə 2 milyon insan ölə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Albaniyada mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qəzzada baş verənlər fərqli miqyaslı faciədir:

"Humanitar yardım və tibbi ləvazimatlar Qəzzaya buraxılmır. Bu, bölgədə böyük bir fəlakətin xəbərçisidir".

 

Gözəl Həşimova