"Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin son gərginləşməsindən bəri Qəzza zolağında 130 əməkdaşımız həlak olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib.

"Bu müharibədə ölən saysız-hesabsız dinc sakinlər, qadınlar və uşaqlar arasında UNRWA-nın 130 həmkarı var. Heç kimə aman verilməyib. Yaşananlar dağıdıcı hal, insan faciəsidir", - o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.