Qəzzada xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı 20-yə çatıb.
İqtisadiyyat.az xəbər verir ki bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında xəstəxanada 15 yaşlı yeniyetmənin ölümündən sonra aclıqdan ölənlərin sayı açıqlanıb.
Bildirilib ki, Qəzza sakinlərinin təxminən 85%-i ərzaq, su və dərman çatışmazlığı səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Qəzza zolağında bina və tikililərin təxminən 60%-i zədələnib və ya tamamilə dağılıb.
Gözəl Həşimova