Güney Azərbaycanın Qəzvin şəhəri İran üzrə havanın çirklənmə səviyyəsinə görə ən çirkli bölgə elan olunub.

İqtisadiyyat.az “Mehr”ə istinadən xəbər verir ki, bu, yanvarın 21-də aparılan monitorinqin nəticəsinə əsasən müəyyən edilib.

Məlumata görə, Qəzvin 190 vahid çirklənmə indeksi ilə ən çirkli şəhərdir. Ondan sonrakı yerləri Tehran əyalətinin Qarcak rayonu, Ərdahan və İsfahan şəhərləri gəlir.

Qəzvin şəhərində yanvarın 21-i səhər və günorta növbələrində məktəblər bir günlüyə bağlı olub.