Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 11 milyard 227 milyon 501,6 min manat vergi daxil olub.
İqtisadiyyat.az bu barədə DVX-ya istinadən xəbər verir.
Məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 744,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 878,6 milyon manat və ya 12,8 % çox olub.
Ödənilən vergilərin 69 %-i qeyri-neft-qaz sektorunun, 31 %-i isə neft-qaz sektorunun payına düşüb.