Cari ilin yanvar ayı ərzində 24.101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu göstərici, ötən ilin yanvar ayı ilə müqayisədə 19.3 % çoxdur.

Məlumata görə,aylıq göstəricinin 4.101-i (17,02%-i) ilkin, 20.000-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.798-i fərdi yaşayış və bağ evi, 6.835-i mənzil, 12.534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü  isə çoxmərtəbəli yaşayış binasıdır.

Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.