İqtisadiyyat.az xəbər verir ki, bu məsələ Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycan mövzusunda həyata keçirilən fəaliyyət haqqında (2023-2024-cü illər üzrə) arayışda əks olunub.
Məlumatda qeyd edilib ki, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi təşkil olunub və 24 layihəyə 485 500 manat qrant ayrılıb.
Layihələr çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Niderland, İspaniya, ABŞ kimi ölkələrdə Qərbi Azərbaycanla bağlı müxtəlif tədbirlər təşkil olunub. Filmlər, televiziya verilişləri, kitablar, hesabatlar hazırlanıb.