“IX siniflərin buraxılış imtahanlarında Bakının dörd rayonunun şagirdləri aşağı nəticə göstərib”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
O bildirib ki, Xəzər, Qarabağ, Sabunçu və Pirallahı rayonlarında nəticələrin zəif olması ümumi işə zərbə vurur:
“İmtahan nəticələrinin təhlili göstərir ki, şagirdlər arasında ana dilindən irəliləyişlər olsa da, riyaziyyat və xarici dildə geriləmələr var. Bunu pandemiya və sualların çətinliyi ilə əlaqələndirmək istəməzdim. Biz problemlərin üzərində işləməliyik”.