“Qəbələ”də çıxış edən mərakeşli vinger Əyyub Allaş komandadan ayrılıb. 

İqtisadiyyat.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:

“Qəbələ”də keçirdiyim mövsümyarım üçün hər kəsə təşəkkür edirəm. Məni və komandanı dəstəkləyənlərə minnətdaram. Komandanın personalı, məşqçilər, azarkeşlər və üzdə olmayıb çalışanları da nəzərdə tuturam. Mən həmişə var qüvvəmlə çalışmışam, oyunlar və məşqlərdə bütün gücümü qoymuşam. Hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, "Qəbələ" gələn mövsüm 1-ci liqada çıxış edəcək.