Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycana ötən ay 192 115 nəfər əcnəbi səfər edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çox olub.

Ötən ay gəlmə sayına görə, Rusiya (50 598), Türkiyə (36 141), İran (15 483), Hindistan (11 622) və Gürcüstan (9 985) ilk beşlikdə yer alıb.

Cari ilin yanvar-sentyabr aylarında Qəbələ rayonundakı otellərdə isə 34.103 nəfər xarici ölkə vətəndaşı qalıb.

Ölkələr üzrə Qəbələyə səyahət edənlərin sayı isə belədir:

1. Səudiyyə Ərəbistanı – 10.254

2. Hindistan – 6170

3. BƏƏ – 5413

4. Küveyt – 2586

5. İsrail – 1615